![](https://azedu.az/uploads/news/2019/01/azedu.az_kosmik_gemi_489.jpg)
Ayın səthində olan Çinin "Chang'e-4” kosmik gəmisinin göndərdiyi yeni fotolar və videomaterial Çin Dövlət Televiziyası və Sinxua agentliyi tərəfindən yayılıb. AzEdu.az xəbər verir ki, yanvarın 11-də yayılan fotoşəkillərdə "Jadde Rabitt 2” robotunun və kosmik gəminin Ayın qaranlıq tərəfinin səthini işıqlandırması fonunda hərəkətləri əks olunub. Efirdə çıxış edən Çin Milli Kosmos Administrasiyasının rəhbərliyi bu şəkilləri böyük uğur kimi qiymətləndirib.
Fotoşəkillərdə Ayın kraterlərinin müxtəlif prizmalardan kadrları ilə yanaşı, "Chang'e-4” kosmik gəmisinin Yerin süni peykinə enməsini göstərən 12 dəqiqəlik videomaterial da təqdim olunub. Kosmik gəmi ötən il dekabrın 8-də Çinin Sıçuan vilayətindəki "Xichang Satellite Launch Center"dən fəzaya buraxılıb və bu il yanvarın 3-də Ayın qaranlıq tərəfində onun səthinə enib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)