Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-10 12:36:00
Keçən il Bakıda 52 şagird inklüziv təhsilə cəlb edilib

Ötən il UNICEF-lə birgə layihə çərçivəsində Bakı şəhəri üzrə 4 ümumtəhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar bir sıra işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırda inklüziv təhsillə bağlı UNICEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən iki layihə icra olunur. 2017-2018-ci tədris ilində ümumilikdə ölkə üzrə sağlamlıq imkanları məhdud 10 min 130 uşaq xüsusi təhsilə cəlb edilib.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını təmin edir.