Naməlum şəxs Pekindəki orta məktəblərdən birinə hücum edib.
AzEdu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı məktəbin yerləşdiyi Siçen rayon polis idarəsi məlumat yayıb.
Yerli vaxtla 11:17-də baş verən hücum zamanı 20 məktəbli bıçaqlanıb. Onlar xəstəxanaya yerləşdirilib. Yaralılardan üçünün vəziyyəti ağırdır.
Polis hadisədə şübhəli bilinən şəxsi yaxalayıb. Onun şəxsiyyəti və hadisənin motivləri açıqlanmır.