![](https://azedu.az/uploads/news/2019/01/azedu.az_15468521703066113847_1000x669_625.jpg)
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Muzeydən AzEdu.az-a bildiriblər ki, müzakirə zamanı çıxış edən alimlər müvafiq ekspozisiyanın orta əsrlər dövrünə aid mövzuları, eləcə də həmin mövzulara aid eksponatların nümayişi barədə fikirlərini bildiriblər. Azərbaycanın dövlətçilik tarixinin daha qabarıq şəkildə, eləcə də müasir dövrün tələbləri çərçivəsində təqdim edilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Bu baxımdan ekspozisiyada “Azərbaycan VII-X əsrlərdə. Ərəb işğalına qarşı mübarizə”, “IX-XI əsrlərdə Azərbaycan dövlətləri”, “Şirvanşahlar dövləti” və “Azərbaycan XI-XII əsrlərdə: Səlcuq imperiyası, Atabəylər dövləti” mövzularına aid eksponatların yerləşdirilmə məkanları və formaları dəqiqləşdirilib. Eyni zamanda, Azərbaycan xalqının orta əsrlər dövrünə aid maddi və mənəvi mədəniyyətinin yeni eksponatlar hesabına daha da zənginləşdirilməsi qərara alınıb. Fond materiallarından ibarət kataloqların nəşri və 2019-cu il üçün elmi fond şöbələrinin planları, o cümlədən muzey əməkdaşlarının elmi məqalələrinin çap olunması məsələləri də müzakirə edilib.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı müzakirə olunan məsələ ilə bağlı tövsiyələrini verib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)