Azedu.az

İlin ilk Günəş tutulması baş verdi

6 Yanvar 2019, 10:45
İlin ilk Günəş tutulması baş verdi

Bu gün Bakı vaxtı ilə saat 03:34-də 2019-cu ilin ilk Günəş tutulması başlayıb.

AzEdu.az xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, Günəşin qismən tutulması saat 07:49-dək davam edib. 

Bu təbiət hadisəsi Şimal-Şərqi Asiyada, Sakit okeanın şimal hissəsində - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdə müşahidə olunub.

Qeyd edək ki, bu il üç Günəş tutulması hadisəsi baş verəcək. İkinci Günəş tutulması (tam tutulma) iyulun 2-3-də, üçüncüsü isə (halqavarı tutulma) dekabrın 26-da olacaq.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox