Azedu.az

Yaddaşı gücləndirən TƏDQİQAT

Araşdırma

Müəllimlər və elm adamları

31 Mart 2025, 08:58
Yaddaşı gücləndirən TƏDQİQAT

Pensilvaniya Universitetinin tədqiqatçıları beynin yaddaşın konsolidasiyası prosesində oyaqlıq zamanı da aktiv rol oynadığını müəyyən ediblər.

AzEdu.az “MedicalXpress” saytına istinadla xəbər verir ki, nevrologiya və psixologiya sahəsində aparılan əvvəlki tədqiqatlar yaddaşın gücləndirilməsi prosesinin əsasən yuxu və istirahət zamanı baş verdiyini göstərirdi. Lakin “Nature Neuroscience” jurnalında dərc olunan yeni araşdırma beynin oyaq vaxtlarında da qısa müddətli yenidən aktivləşmə vasitəsilə yaddaşı möhkəmləndirdiyini ortaya qoyur.

Tədqiqatçılar epilepsiya diaqnozu qoyulmuş xəstələrin yaddaş tapşırıqları yerinə yetirərkən kəllədaxili elektroensefaloqrafiya (EEG) vasitəsilə beyin fəaliyyətini ölçüblər. Nəticələr göstərib ki, insan beynində spesifik stimullar kodlaşdırma prosesindən sonra yenidən aktivləşir və bu, yaddaşın daha uzun müddət qorunmasına kömək edir.

Tapıntılara əsasən, beyin müəyyən hadisələri yadda saxlamaq üçün onları istirahət və yuxu zamanı olduğu kimi, oyaqlıq vaxtlarında da təkrar aktivləşdirir. Kodlaşdırma arasındakı qısa fasilələrdə beynin spontan yenidən aktivləşməsi yaddaşın gücləndirilməsinə və daha dəqiq xatırlamağa imkan yaradır. Bu proses yuxu zamanı baş verən yaddaş konsolidasiyasına bənzəsə də fərqli xüsusiyyətlərə malik ola bilər. Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr gələcəkdə tələbələr və yaddaş pozğunluğu olan insanlar üçün yaddaşı gücləndirən yeni metodların hazırlanmasına kömək edə bilər. Hazırda bu proseslərin insanın qavrayış sisteminə necə təsir etdiyi və yaddaşın uzunmüddətli inkişafında hansı rol oynadığı daha dərindən araşdırılır.

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox