Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-11 15:45:00
Ümumilli lider Heydər Əliyev: "Vətənin taleyi hər insanın taleyinə çevrilməlidir!"

Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur:

“Atam Aprel döyüşlərində şəhid olub.Müharibədən söz düşəndə deyirdi ki,Şuşaya bayrağımızı sancacağam.O, döyüşdə igidlik göstərərək düşmənə hücum çəkdi.Qəhrəmanca şəhid oldu.Böyüyəndə əsgər olub atamın qanını yerdə qoymayacağam!”

Məktubun müəllifi Aprel şəhidi,tank komandiri Rahim Tağıyevin oğlu Nihad Tağıyevdir.Nihad VII sinifdə təhsil almasına baxmayaraq,vətən anlayışını yaşıdlarından,eləcə də əksər insanlardan daha yaxşı qavrayır.

Ümumilli lider Heydər Əliyev zamanında: “Vətənin taleyi hər insanın taleyinə çevrilməlidir!”şüarını boşuna səsləndirməmişdi.Bu gün Nihadın yaşadıqları bütün Azərbaycan vətəndaşlarının taleyini xarakterizə edir.

Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu vətənpərvərliyi izah edərkən onu xalqın təşəkkülündə önəmli rolu olan həyati məsələ adlandırıb.Atatürkün:"Vətənin qorunması uşaqlardan başlar"və yazıçı Büxnerin:"Vətənin müdafiəsinin ən asan yolu təhsildir” ifadələrinin demək istədiyi əslində çox sadə və başadüşüləndir.

Vətən,uşaqlar və təhsil anlayışları bir üçbucaqda birləşdiriləndə gələcək nəsillərin vətənpərvər ruhda yetişməsi labüdləşir.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov 3 anlayışın birləşdirilməsi məqsədilə tədris olunan hərbi dərslərin tələblərə tam cavab verdiyi qənaətindədir.O, Azərbaycan Dövlət Pedaqoji Universitetində hərbi müəllimləri hazırlayan fakültənin olmasını və kurs keçmiş zabitlərin məktəblərdə dərs deyə bilməsini, sadəcə alqışlayır.
Hərbi dərslərdən əlavə,xüsusi dövlət qurumlarının milli ruhda gənclər yetişdirmək istiqamətində həyata keçirdiyi tədbirlər “Aysberq”in görünməyən tərəfi qədər böyükdür.
Vətəndaşlara hərbi-vətənpərvərlik tərbiyəsini aşılayan əsas icra hakimiyyəti orqanlarından biri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir.Xidmətin rəisi general-leytenant Arzu Rəhimovdur.

Xidmətin fəaliyyət sahəsinə vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişdirilməsi məqsədilə ictimai tədbirlərin həyata keçirilməsi də daxildir.

Rayonlarında təşkil olunan“Vətənin müdafiəsinə hazıram!” layihəsi gənclərin sağlam ruhda tərbiyəsinə təkan verən mühüm tədbirlərdəndir.

Məktəblilər arasında rəsm və yazı müsabiqələri,hərbi təhsilə marağın artırılması məqsədilə xüsusi təyinatlı təhsil müəssisələrində görüşlər keçirilir.

Vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılması məqsədilə jurnalistlər arasında atıcılıq turnirləri təşkil olunur.

İnanırıq ki, Nihadın və onunla eyni taleni bölüşənlərin sağlam gələcək kimi yetişdirilməsində Xidmətin gördüyü işlərin miqyası genişləndirilməkdə davam edəcək.

Ulu Öndərin sözləriylə desək,vətənpərvərlik insanın daxilindəki duyğulardır.Əgər bunlar yoxdursa,o insan mənəviyyatsızdır.Uşaqlarımızın mənəviyyatsız böyüməməsi üçün Nihadın və onunkimilərin taleyinə laqeyd yanaşmamalı,onları yenilməz ruhda yetişdirməliyik!

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları