Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 13:40:00
“İngilis və rus dilini bilən neçə ilahiyyatçımız var?!” - Rektor

 “Ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri də ilahiyyatçıları işlə təmin etməkdir”

AzEdu.az xəbər verir ki, bunu “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” konfransında İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib.

O, qeyd edib ki, İslam müəyyən intibah dövrünü yaşayıb:

“Orta əsrlərdə riyaziyyat və digər dəqiq elmlər, eləcə də humanitar sahələrdə sayılıb seçilən alimlər yetişdi. İslam dünyasının faciəsi onda başladı ki, yalnız ilahiyyat elmlərinə, dinə kökləndik.

Lakin ilahiyyatçıların elmi və dil bilgiləri mütləq şəkildə olmalıdır. Hazırda Azərbaycanda ingilis və rus dillərini yaxşı bilən, xaricdə keçirilən konfranslarda iştirak edən neçə ilahiyyatçımız var?

Onu da qeyd edim ki, ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri də ilahiyyatçıları işlə təmin etməkdir”