Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-29 11:29:00
Qəbul imtahanlarında  fənlərin maksimal balında dəyişiklik edilib?-DİM

Ali təhsil müəssisələrinə qəbul öncəsi  redaksiyamıza  çoxsaylı suallar ünvanlanır.

Abituriyentlərin əksəriyyəti   qəbul imtahanlarının II mərhələ blok fənlər üzrə ümumi balın dəyişib-dəyişmədiyini soruşurlar. Onlar arasında belə bir məlumat yayılıb ki, bu ildən etibarən bloklar  üzrə yalnız bir fənn 200 bal, digər iki fənn isə 100 balla hesablanacaq. Məsələn, I qrup üzrə fizika 200, riyaziyyat 100, kimya 100 bal kimi nəzərə alacaq.

AzEdu.az məlumatı dəqiqləşdirmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb. DİM-dən verilən məlumata görə blok üzrə fənlərin maksimal balında heç bir dəyişiklik olmayıb. Yayılan məlumatlar tamamilə yanlışdır. Ümumiyyətlə, fənlərin maksimal balında dəyişikliklə bağlı məsələ müzakirə olunmur.

Məlumat üçün bildirək ki, I-IV ixtisas  qrupları üzrə qəbul imtahanında maksimal  ballar aşağıdakı qaydadadır.

I qrup- Riyaziyyat -150, Fizika -150, Kimya -100.     

II qrup- Riyaziyyat -150, Coğrafiya -150, Tarix-100.

III qrup- Azərbaycan dili -150, Tarix-150, Ədəbiyyat-100.

IV qrup- Biologiya -150, Kimya-150, Fizika-100.