Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-19 11:42:00
“Avstraliyadakı kimi yanğınlar bütün planeti bürüyəcək...”- İngilis alimlərdən SOS!..
İngilis klimatoloqları istiləşmə ilə yanğınların tezliyi və miqyası arasındakı birbaşa əlaqəni müəyyənləşdiriblər. 
 
AzEdu.az-ın xarici mediaya istinadla  verdiyi xəbərdə deyilir ki, alimlərin fikrincə, yaxın gələcəkdə bütün dünyanı Avstraliyanın taleyi gözləyir. Tədqiqatçılar 2013-cü ildəki son böyük klimatoloji icmalın buraxılışından bəri nəşr olunan 57 elmi məqaləni təhlil ediblər. Təhqiqatların hamısı iqlim dəyişikliyi ilə yanğınların tezliyi və ya intensivliyinin artması arasında birbaşa əlaqəni sübut edir.
 
"Ümumilikdə  araşdırılmış 57 təhqiqat əsəri aydın şəkildə göstərir ki, antropogen istiləşmə artıq yanğın təhlükəsi şəraitinin tezliyini və meşə yanğınlarının çoxalması riskini artırıb. Bu, ABŞ və Kanadanın qərb hissəsi, Avropanın cənub hissəsi, Skandinaviya və Amazoniya da daxil olmaqla bir çox regionlarda müşahidə olunur. Süni istiləşmə digər bölgələrdə, o cümlədən Sibirdə və Avstraliyada da yanğın riskini artırır " - deyə Şərqi İngiltərə Universitetinin doktoru Metyu Cons deyir