Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 14:58:00
MBA proqramı üzrə imtahan verəcək şəxslər çaşqınlıqda –Qəbul necə aparılacaq?

Məlum olduğu kimi magistraturaya qəbul imtahanın ikinci mərhələsinin ləğv edilməsi barədə müzakirələr gedir.  Bu istiqamətdə çoxsaylı suallar yaranır.

Tələbələri ən çox maraqlandıran suallardan biri də ikinci mərhələ ləğv olunduqda  MBA (Master of Business Administration) – menecmentdə (idarəetmədə) ixtisas dərəcəsi üzrə imtahanın necə təşkil olunacağıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə hələlik bu barədə rəsmi qərar yoxdur.  Magistratura imtahanının ikinci mərhələsi, eləcə də MBA proqramı üzrə qəbul  məsələləri müzakirə olunur. Qərar qəbul edildikdə isə ictimaiyyətə elan ediləcək.

Qeyd edək ki, MBA proqramı ilə magistraturaya sənəd verən namizədlər ixtisas fənləri əvəzinə riyaziyyat və kompüter biliklərindən(GMAT) imtahan verirlər.  Univeristetlərə qəbul ödənişlidir və iki il müddətində əyani təhsil alırlar.  Həmçinin MBA yeganə proqramdır ki, ixtisasından asılı olmayaraq onu hər bir bakalavr seçə bilər.

Məlumat üçün bildirək ki, bu ildən Azərbyacanda MBA dərəcəsini Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri), Azərbaycan Universiteti, Qərb Universitetit, Xəzər Universitetiti, Qafqaz Universiteti və Odlar Yurdu Universitetində almaq mümkündür.

Ayşə MÜSEYİB