Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 17:47:00
Akademik Teymur Kərimli TÜRKSOY tərəfindən təltif olunub

Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təşəkkürnamə ilə təltif olunub.

İnstitutdan AzEdu.az-a bildirilib ki, alim bu mükafata Moldovanın paytaxtı Kişinyovda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirdə yaxından iştirakına görə layiq görülüb.

Akademik Teymur Kərimliyə təşəkkürnaməni TÜRKSOY-un Baş katibi Düsen Kaseynov təqdim edib.