Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 16:01:00
Kimlər ödənişsiz psixoloji yardım ala bilər?-Qanundan çıxarış

Ümumtəhsil məktəblərində sağlam – pedaqoji mühit yaratmaq müasir təshil sisteminin başlıca məqsədlərindəndir. Bu baxımdan Təhsil Qanunun məktəblilərin hüquq və vəzifələri maddəsində onlara psixoloji yardım göstərilməsi də yer alır.

AzEdu.az xəbər verir ki,  “Psixoloji yardım haqqında” Qanuna əsasən məktəbəqədər və orta təhsil müəssisələrində təhsilalanlara ödənişsiz əsaslarla psixoloji yardım göstərilməlidir. Psixoloji yardımın həcmi və müddəti  isə psixoloji yardım alan şəxsin ehtiyaclarına görə müəyyən olunur.

Xatırladaq ki,  “Psixoloji yardım haqqında” Qanun 07.12.2018-ci il tarixində qəbul olunub. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə ölkə  ərazisində fəaliyyət göstərən, təşkilati hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə şamil edilir.

Məlumat üçün qeyd edək ki, Qanunda  təhsilalanlardan başqa həbs edilmiş, məişət zorakılığından zərər çəkmiş, Silahlı Qüvvələrdə xidmət keçən hərbi qulluqçulara, Fövqəladə hadisə zamanı zərər çəkmiş və ya  onların ailə üzvlərinə, habelə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edən, peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan, əlilliyi olan,  insan alverinin qurbanı olan şəxslərə də ödənişsiz psixoloji yardım göstərilməyi nəzərdə tutulur.

Ayşə Müseyib