Azedu.az

\"Azercosmos\" və Kosmik Nəsil Məşvərət Şurası arasında anlaşma memorandumu imzalanıb

20 Noyabr 2019, 10:37
\

“Azercosmos” ASC və Kosmik Nəsil Məşvərət Şurası (SGAC) arasında əməkdaşlığın genişləndirməsinə dair anlaşma memorandumu imzalanıb.

AzEdu.az-ın məlumatına görə,“APA-Economics”in SGAC-a istinadən verdiyi xəbər verir ki, imzalanan sənədə uyğun olaraq, tərəflər gənc mütəxəssislər və tələbələr üçün kosmik fəaliyyətin təbliğində birlikdə işləyəcək, təhsil və karyera inkişafı ilə kosmik sektorun işçi qüvvəsini gücləndirmək istiqamətində əməkdaşlıq edəcəklər.

Memorandum çərçivəsində görüləcək işlər arasında “Azercosmos” və SGAC, ölkədəki tələbə və gənc mütəxəssisləri birləşməyə təşviq edərək SGAC-ın Azərbaycanda tanıdılma niyyətini ifadə ediblər. Hər iki təşkilat, eyni zamanda 2022-ci ildə Bakıda keçiriləcək 73-cü Beynəlxalq Astronavtika Konqresinə (“International Astronautical Congress” – IAC) hazırlıqda birgə fəaliyyətin təşkili imkanlarını araşdıracaqlar.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox