Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-05 17:23:40
Abituriyentlərin nəzərinə! - Pulsuz sınaq imtahanları keçiriləcək

Təhsil üzrə ekspert Elçin Əfəndinin təşəbbüsü ilə 9-cu sinif şagirdləri üçün hər həftənin şənbə günü pulsuz sınaq imtahanı keçiriləcək.

AzEdu.az xəbər verir ki, sınaq imtahanı 9-cu siniflərin buraxılış imtahanlarının I mərhələsi üzrə Dövlət İmtahan Mərkəzinin mövcud qaydaları və proqramı əsasında təşkil olunacaq.

İmtahan Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə olacaq. Sınaq imtahanında xarici dil fənni üzrə dinləmə mətni və bu mətn əsasında hazırlanan suallar da öz əksini tapacaq.

Xatırladaq ki, imtahanın keçiriləcəyi ünvan və saat barədə məlumat almaq üçün həftəiçi hər gün saat 09:00-dan 19:00-dək "012-480-08-75" nömrəsi ilə əlaqə saxlamaq mümkündür.