Azedu.az

Bu universitetdə dərslər vaxtından tez başladı

10 Sentyabr 2019, 13:12
Bu universitetdə dərslər vaxtından tez başladı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) yeni tədris ili başlayıb.

UFAZ-dan AzEdu.az-a bildirilib ki, bu addım akademik təqvimin Fransa təhsil sisteminə uyğunlaşdırılması və təhsil müəssisəsində iş rejiminin tənzimlənməsi məqsədilə atılıb.

Hazırda UFAZ-da geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə 537 tələbə təhsil alır. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) alacaqlar.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox