Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-10 11:38:00
I kurs tələbələrinə uğur sirrini öyrədəcək motivasiya kitabları: “Oxumayanlar çox təəssüflənirlər”

“Gəncsən? Başla!”, və “Məqsədlisən?!” kitabları hər bir tələbənin ilk kursdan oxumalı olduğu kitablardır.

 AzEdu.az xəbər verir ki, biznes mentor, hüquq üzrə fəlsəfə doktoru, dosent, işgüzar inkişaf yazarı Nadir Adilman tələbələrin 4 il ərzində özlərini necə inkişaf etdirəcəyinə dair iki yeni kitab yazıb.

 O, kitabların tələbələrə hansı üstünlüklər verəcəyi barədə bunları  deyib:

 “Kitablar  işgüzar inkişafını qarşıya məqsəd qoyan tələbələr üçün milli nümunələr üzərindən istiqamətlər verir. Kitabların hər ikisində ilk kursdan sonuncu kursa qədər hər bir tələbənin etməli olduğu proseslər və ciddi nəticələrə nail olmaq üçün istiqamətlər verilib. Peşə  və  işgüzar inkişaf üçün nümunələr və milli müqayisələr aparılıb

 O ki qaldı kitabın ilk kursdan oxunması məsələsinə, bu, vaxtın planlaşdırılması baxımından tələbələrin elə ilk kursdan müəyyən işlərə başlamasının tövsiyə edilməsi ilə bağlıdır. Məsələn, kitabları sonuncu kurslarda oxuyan tələbələrin əksəriyyəti bu kitabları ilk kursdan oxuya bilmədiklərindən təəssüflənirlər. Bəziləri, “əgər bilsəydim, 4 illik təhsil müddətimə istiqamət verən belə  işgüzar inkişaf kitabı var, bu kitabı elə ilk kursdan oxuyar, heç nəyin gec olmamasına baxmayaraq, ilk kurslardan şəxsi və fərdi inkişafım üzərində işləyərdim”  deyirlər.

 Məhz bu səbəbdən, kitabların hər ikisini  elə ilk kursdan oxumaq və kitabda nəzərdə tutulan işgüzar inkişaf alətlərindən daha geniş istifadə etmək lazımdır. Bu işlər isə, kitablarda qeyd edilib. Hər iki kitabın dili olduqca sadə və bədii formada yazılıb”.

 Nadir Adilmanın sözlərinə görə, elə işlər var ki, onu məhz birinci kursdan başlamaq lazımdır. Ona görə də müəllifi olduğu kitablar birinci kursdan başlayaraq tələbənin yol bələdçisi olmağa xidmət edəcək:

 “Məsələn, işgüzar və fərdi inkişafın planlaşdırılması. Bu məsələlər isə hər iki kitabda öz əksini tapıb. 

Kitablar ölkəmizdə ən çox satılanlar  kateqoriyasına daxildir”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları