Azedu.az

Dərsliklərin çəkisi yüngülləşdirilir

Orta təhsil

Təhsil Nazirliyi

3 Sentyabr 2019, 13:38
Dərsliklərin çəkisi yüngülləşdirilir

Azərbaycanda dərsliklərin çəkisi yüngülləşdirilir.

Təhsil Nazirliyindən  bildirilib ki, dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində qurum tərəfindən müəyyən işlər görülüb.

Qeyd olunub ki, ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərə pilot istifadəyə veriləcək “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri biri digərinin davamı olaraq iki hissəli şəkildə tərtib edilib. Bu dərsliklən I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub.

Nazirlik bəyan edir ki, əgər bu təcrübə özünü doğruldarsa, gələcəkdə digər iri həcmli dərsliklərin də iki hissəli şəkildə tərtibi məsələsinə baxıla bilər.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox