Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-31 16:49:00
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının layihələri qrant müsabiqəsinin qalibi olub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının layihələri SOCAR-ın 2019-cu il üçün qrant müsabiqəsinin qalibi olub.

İnstitutdan AzEdu.az-a bildirilib ki, qalib olan fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələri arasında AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin təqdim etdiyi “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və toplanmış məlumatların intellektual analizi texnologiyalarının işlənilməsi” və texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevin “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” layihələri də var.

Qeyd edək ki, SOCAR-ın Elm Fondu AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ tədqiqat işlərini stimullaşdırmaq məqsədilə 2019-cu il üçün növbəti qrant müsabiqəsi elan edib. Müsabiqəyə 113 layihə təqdim olunub. Müsabiqə komissiyasının və ekspertlərin yekun rəyləri nəzərə alınaraq, SOCAR-ın Elm Fondunun İdarə Heyətinin qərarı ilə 26 elmi tədqiqat (ET), 1 xüsusi (XL) və 3 həvəsləndirici mükafat (HM) olmaqla 30 qrant layihəsi müsabiqənin qalibi elan olunub.