Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-25 12:50:00
Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib  

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı ABŞ-ın nüfuzlu “EBSCO” beynəlxalq indeksləşdirmə təşkilatının bazasına daxil edilib.

AzEdu.az xəbər verir ki, bu barədə jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov məlumat verib. O bildirib ki, türk dünyasının nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir.

E.İbrahimov vurğulayıb ki, son illərdə “Türkologiya” jurnalı  beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirib.

EBSCO ABŞ-da (Masseçusets ştatında) fəaliyyət göstərən beynəlxalq indeksləşdirmə və istinad bazasıdır. EBSCO elmi məqalələri və onların çap olunduğu ədəbiyyatı – nüfuzlu jurnalları, sanballı kitabları öz məlumat bazasına daxil edərək dünyanın hər yerində həmin elmi materiallar haqda informasiya əldə edilməsini təmin edir.

Onu da qeyd edək ki, EBSCO 57 mindən çox elektron jurnalı və 1.2 milyon çox elektron kitabı istifadəçilərinə təqdim etməklə yanaşı, 360 mindən artıq dövri nəşrə abunə xidməti təşkil edir.

(Azərbaycan müəllimi)