Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-25 14:34:00
Millət vəkili: “Əcnəbi tələbələrin müharibədən zərər çəkən bölgələrə səfərlərini faydalı hesab edirəm”

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə ölkəmizə gələn bir qrup əcnəbi tələbə cəbhə bölgəsinə yaxın ərazilərə səfər edib, erməni işğalından zərər görən evlərə, abidələrə baxış keçirib, sakinlərlə söhbət ediblər. Səfər əsnasında erməni vandalizminin izlərini öz gözləri ilə görən tələbələrə Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın ədalətli mövqeyi haqında da ətraflı məlumat verilib.

Ökəmizdə təhsil alan və ya Azərbyacana səfər edən əcnəbi tələbələrin təmas xəttinə yaxın ərazilərə səfərlərinin mütəmadi surətdə təşkilinə ehtiyac varmı? Bu cür səfərlər Azərbaycan həqiqətlərinin dünyaya yayılmasını təmin etmək baxımından nə dərəcədə faydalıdır?

AzEdu.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu cür addımları təqdir etdiyini söylədi:

“Azərbaycanda təhsil alan tələbələr gələcəkdə öz ölkələrində Azərbaycanın dostları kimi fəaliyyət göstərəcək, Azərbaycanla bağlı məlumatları öz çevrələri ilə bölüşmək imkanına malik olacaqlar. Onlar sadəcə, Azərbaycanın üzləşdiyi faciələr, problemlərlə bağlı deyil, eyni zamanda ölkəmizin mədəniyyəti, tarixi ilə bağlı da məlumatları vətəndaşları olduqları ölkələrdə yayacaqlar. Odur ki, ölkəmizə səfər edən, yaxud burada təhsil alan əcnəbi tələbələrin erməni vəhşilikləri ilə bağlı məlumatlanması, xalqımızın zəngin mədniyyəti, tarixi ilə tanış olması olduqca faydalıdır. Bu yolla Azərbaycanın dostlarının dairəsi daha da genişlənəcək.

Bu baxımdan Azərbaycana gələn, yaxud burada təhsil alan əcnəbi tələbələrin müharibədən zərər görən ərazilərə bu cür səfərlərini müsbət qiymətləndirir, bunu ölkəmiz üçün faydalı olan bir iş hesab edirəm”.