Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 17:00:00
Azərbaycanlı gəncin məqaləsi yüksək nüfuzlu elmi jurnalda nəşr edilib
Azərbaycan Elm Assosiasiyasının həmsədri, gənc tədqiqatçı İnqilab Şahbazovun ''Exploring the attitudes of university students and criminal justice professionals towards electronic monitoring in Azerbaijan: a focus group study'' adlı kriminoloji məqaləsi International Journal of Law, Crime and Justice jurnalında (impakt faktoru 0.846) nəşr edilib.

AzEdu.az xəbər verir ki, araşdırmada bir sıra əhali qrupları üzrə respondentlərin alternativ cəza tədbirləri (elektron bilərzik) haqqındakı rəyləri öyrənilib.

Məlum olub ki, universitet tələbələri və hüquq-mühafizə orqanlarında çalışan 35 nəfərin əksəriyyəti elektron bilərziyin istifadəsini reabilitasiya imkanlarına görə dəstəkləsə də, onun potensial cinayətkarlarda qorxu yaratmaq gücünün zəif olduğu qənaətindədirlər.
 
Fokus qruplar Azərkitab Kitab Təbliğat Mərkəzində keçirilib. 35 nəfərin iştirak etdiyi müzakirələr 4 Krupp üzrə aparılmış, 60-70 dəqiqə davam etdib.
 
Məqalə Elsevier nəşriyyatı, eləcə də, Science Direct informasiya bazasında Azərbaycanın ədliyyə sistemi ilə bağlı sayca 2-ci nəşrdir. İlk nəşr də məhz İnqilab Şahbazov və Elsevər Muradova məxsusdur.
 
Məqalə ilə buradan tanış ola bilərsiniz. Qeyd edək ki, yalnız jurnala üzvlüyü olanlar məqalənin tam forması ilə tanış ola bilərlər.