Azedu.az

Azərbaycan elminin yeni mərhələdə inkişafı ilə bağlı strategiya hazırlanır

18 İyul 2019, 22:34
Azərbaycan elminin yeni mərhələdə inkişafı ilə bağlı strategiya hazırlanır

"Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır".


AMEA-dan  AzEdu.az-a verilən məlumata görə, bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin Azərbaycan Tibb Universitetində keçirilən səyyar iclasında səsləndirib.
 A.Əlizadə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın başa çatdığını və strategiya çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı ölkə rəhbərliyi qarşısında hesabat verildiyini qeyd edib. AMEA-nın prezidenti elmin yeni inkişaf yollarını müəyyənləşdirən 2020-2025-ci illərə dair strategiya planından, elmin davamlı inkişafını təmin etmək məqsədilə sənəddə əks olunacaq fəaliyyət proqramından söz açıb: “Burada AMEA-nın və bütövlükdə Azərbaycan elminin gələcək inkişaf istiqamətləri öz əksini tapacaq, eyni zamanda, elmi qanunvericiliyə dair normativ-hüquqi sənədlərdə alim və mütəxəssislərin fəaliyyətini genişləndirməyə imkan verən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürüləcək. Strategiya planı Təhsil Nazirliyi, ali təhsil müəssisələri, eləcə də AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatlarının birgə təklifləri əsasında hazırlanacaq. Sənədin yekun layihəsinin təsdiqlənməsi üçün dövlət başçısına müraciət olunacaq”.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox