Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 20:57:00
NASA tarixin ən nadir fotosunu yaydı

ABŞ-ın Milli Kosmos İdarəsi (NASA) Günəşin bu günə qədər ən ləkəsiz halının fotosunu yayımlayıb.

AzEdu.az  teleqraf.com-a istinadən bildirir ki, foto NASA-nın Beynəlxalq Kosmos Stansiyası (ISS) ilə Günəşin üz-üzə qaldığı vaxt çəkildiyi bildirilib.

Fotoqraf Rayn Kolakurciyo tərəfindən çəkilən foto haqda NASA-dan verilən açıqlama belə olub:

"Günəşlə üz-üzə qalmaq ISS üçün qeyri-adi bir vəziyyətdir. Qarşılaşma sırasında isə doğru bir mövqeni seçib belə bir fotonu çəkmək də nadir hallardan biridir. Qəribədir, bu fotonu çəkərkən Günəşin üzərində heç bir ləkə yox idi".