Azedu.az

Məmur olmaq istəyən 20 nəfərin arzusu reallaşdı 

Dövlət qulluğu

15 İyul 2019, 10:15
Məmur olmaq istəyən 20 nəfərin arzusu reallaşdı 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (57 vəzifə) növünə aid olan 59 vakant vəzifənin tutulması üçün iyunun 28-də başlayan müsabiqənin müsahibə mərhələsi davam edir.

DİM-dən AzEdu.az-a bildirilib ki, iyunun 15-i saat 10:30-a olan məlumata görə, müsahibədə iştirak edən namizədlərdən 20-si müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələr iyulun 19-da başa çatacaq.

Qeyd edək ki, mayın 16-da elan olunmuş müsahibədə iştirak etmək üçün 264 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (9 vakant yerə 117 namizəd) qeydə alınıb.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox