Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-06 16:34:00
"Yeni Fikir VI" startap müsabiqəsinə yekun vurulub

BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə keçirilən "Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi baş tutub.

AzEdu.az-ın məlumatına görə, Bakı Biznes Mərkəzində "Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib. Bu müsabiqə BP Azərbaycan şirkətinin maliyyə dəstəyi və  Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə  İqtisadiyyat Nazirliyi və Asan İnnovasiyalar Mərkəzi ilə tərəfdaşlıqda  həyata keçirilib.

"Yeni Fikir" startap müsabiqəsi innovativ sahibkarlığın (təşəbbüskarlığın, startapların və ya texnosahibkarlığın) inkişafını dəstəkləyən və təşviq edən bir layihədir. Müsabiqənin əsas məqsədi startap ekosisteminə yeni biznes layihələrinin  daxil olmasına kömək etmək və  Azərbaycanda aparılan iqtisadi islahatların ən aktual istiqamətlərindən biri olan innovativ sahibkarlığın formalaşmasına dəstək verməkdir.

İndiyədək 5 dəfə keçirilən müsabiqəyə ümumilikdə 842 startap layihəsi təqdim edilib. Onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib, 35 layihəyə isə sponsor və tərəfdaşların köməyi ilə toxum investisiya və inkubasiya xidmətləri də göstərilib. 

Bu ilki müsabiqədə 118 layihə iştirak edib. Onlardan 36-sı yarimfinala, 12 layihə isə finala vəsiqə qazanıb.

"Yeni Fikir VI" müsabiqəsi çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində 1000-ə yaxın biznes təşəbbüskarına ümumilikdə 46 saat təlim keçilib və 271 saat mentorluq xidməti göstərilib.  

Müsabiqənin finalında bu mərhələ üçün seçilmiş 12 startap layihəsi arasından ən perspektivli 5-i qalib elan olunacaq. 1-ci yerə layiq görülən layihəyə 8000 manat, 2-ci yer üçün isə 6000 manat maliyyə dəstəyi nəzərdə tutulub. Bu maliyyə dəstəyi həmin layihələrin əsasını təşkil edən biznes ideyasının kommersiyalaşdırılmasına və şirkətləşməsinə sərf edilmək üçündür.

Qalib layihələrin inkişafına maliyyə dəstəyi verilməklə yanaşı, komandalar zəruri avadanlıqlarla da təmin olunacaq. Qalib komandaların inkişafı üçün onlara BMU-nun Texnoparkında və ASAN İnnovasiyalar Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində işləmək şəraiti yaradılacaq.

Qeyd edək ki,bu haqda daha ətraflı məlumat üçün aşağıda göstərilən link vasitəsilə tanış ola bilərsiniz:

http://yenifikir.az/az/pages/Destek-formalari-26.html