XƏBƏRLƏR

03.07.2019 16:05
Dərs Evi məktəblilər üçün Yaaay! proqramını təşkil edir!  - VİDEO  

Dərs Evi 8-11-сi sinif şagirdləri üçün Azərbaycanda təkrarı olmayan Yaaay! proqramını başladı.

AzEdu.az xəbər verir ki, proqramın əsas məqsədi – məktəblilərin peşə seçimini düşünülmüş qaydada etmələri üçün onlara özlərini müxtəlif ixtisaslarda sınamaq şansını verməkdir. 

Libraff-ın baş sponsorluğu ilə keçirilən proqram Paşa Bankın, Azərkosmos şirkətinin, İctimai Televiziyanın, Bakcell şirkətinin, IT Step Akademiyasının, Hilton hotelinin, İstanbul NS klinikasının, ABAD Publik Hüquqi Şəxsin, Dövlət Turizm Agentliyinin, Yarat! Müasir İncəsənət Məkanının və Park bulvarın dəstəyi ilə həyata keçirilir. 

Məktəblilər hər gün ingilis dili dərslərində, müxtəlif master klaslarda, intellektual oyunlarda və müəssisələrə səfərlərdə iştirak edərək yay tətili günlərini səmərəli keçirə bilirlər. 

Proqram daxilində iştirakçılar IT, İncəsənət, Səhiyyə, Mühəndislik, Təhsil, Aqro-biznes, Maliyyə, Nəqliyyat, Telekommunikasiya, İnşaat, Turizm və hotelçilik sahələrində fəaliyyət göstərən şirkətlərə səfər etmiş, onların iş prosesi ilə yaxından tanış olub özlərini bu peşələrdə sınaya bilmişlər. 

Yaaay! proqramının birinci dalğasına qatıla bilməyən şagirdlər üçün ikinci dalğaya yazılmaq şansı verilir. İştirakçılar proqramı Azərbaycan və ya rus dillərində keçə bilərlər. Gün ərzində qidalanma, sığorta və nəqliyyat xidmətləri təşkil olunur. Sonda isə bütün iştirakçılar sertifikatlarla təltif olunurlar!

Proqramın ikinci dalğasının 15 – 27 iyul tarixlərində keçirilməsi planlaşdırılıb. Odur ki, qeydiyyatdan keçmək üçün tələsin !

Qeydiyyat və ətraflı məlumat üçün əlaqə: *3377

Dərs Evi 2015-ci ildən təhsil sahəsində fəaliyyət göstərən innovativ tədris mərkəzidir.  Burada həm peşakar müəllim heyəti, həm də tədris prosesləri sahəsində böyük təcrübəyə malik mütəxəssislər çalışır. Dərs Evində abituriyentlərə lazımi biliklərlə yanaşı stressin idarəolunması, biliklərin yadda saxlanılması metodikaları, özgüvənin artırılması, düzgün ünsiyyətin qurulması öyrədilir.

İlin gənc müəllimi-Müraciət formu