XƏBƏRLƏR

03.07.2019 08:43
İmtahandan öncə oxumayın – PSİXOLOQ MƏSLƏHƏTİ – VİDEO  

Qəbul imtahanından öncə abituriyentlərin əksəriyyəti sınaq imtahanlarına girir. Bu imtahanlarda yeniyetmələr həddən artıq həyəcan keçirirlərsə - əlləri tərləyir, konsentrasiyası pozulur, ürək döyüntüləri artırsa, onda mütləq hansısa tədbir görülməlidir.

Bunu psixoloq Leyla Əli AzEdu.az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, abituriyentlər sənaq imthanlarında həyəcanı azaldan texnikanı yoxlamalıdır. Bu zaman əşyaları saymaq, adi riyazi əməlləri yerinə yetirmək olar.

“Əgər sınaq imtahanında bu metodlar kömək etmirsə, onda psixoloqa müraciət etmək və xüsusi testlərdən keçmək lazımdır. Bu test vasitəsilə həyəcanın səviyyəsi müəyyənləşdirilir və uyğun terapiya tətbiq olunur”. 

Psixoloq bildirir ki, imtahana 3 gün qalmış dərs oxumaq məsləhət görülmür. Bu müddətdə abituriyentə əsasən təmiz hava, sakitlik, həzin musiqi dinləmək tövsiyə olunur.

Qeyd edək ki, video müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.

 

İlin gənc müəllimi-Müraciət formu