Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-01 14:32:00
Azərbaycanda son 15 ildə tikilən məktəblərin SAYI

Son 15 il ərzində ölkədə 3200-dən artıq məktəb binası tikilib və ya təmir edilib.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov məlumat verib.

Bildirilib ki, bu məktəblərdən 941-i Təhsil Nazirliyinin birbaşa sifarişi ilə inşa olunub. Həmin məktəblərin 536-sı yenidən tikilib, 135 məktəbdə isə bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılıb.

Nazirlik rəsmisinin sözlərinə görə, 2017-2018-ci tədris ili ərzində ölkədə 56 məktəb tikilərək istifadəyə verilib. Bu 56 məktəbdən 39-u ümumi təhsil, 7-si internat, 2-si məktəbdənkənar, 3-ü isə peşə təhsili müəssisədir.

"Uşaqların sayı 100-dən az və qəzalı vəziyyətdə olan məktəblərdə isə modul tipli məktəblər quraşdırılıb ki, onların da sayı ümumilikdə 243-dür. 243 modul tipli məktəb 44 rayonu əhatə edir və belə məktəblərdə təhsil alan şagirdlərin sayı 14.300 nəfərə bərabərdir. Modul tipli məktəblərin digərlərindən fərqi onların çətin şəraitlərdə, hətta dağlıq ərazilərdə belə asanlıqla quraşdırılması və istismar xərclərinin azlığıdır".

Qeyd edək ki, məktəb binası tikilərkən ilk növbədə həmin ərazidə yaşayan məktəbyaşlı uşaqların sayı və əhalinin artımı; əsaslı təmir zamanı isə məktəbin dayanıqlılığı, maddi-texniki vəziyyəti nəzərə alınır.