Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-29 14:23:47
Bu il qəbul balları aşağı düşəcək- SƏBƏB  

Aprelin 7-də həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilib.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi üçün təşkil olunan II mərhələ isə iyulun 14-də keçiriləcək.

Keçənilki olaylardan sonra rezidentləri maraqlandıran əsas məsələ plan yerlərinin artırılmasıdır.

“Rezidentura-3” jurnalının çıxmaması isə onlarda başqa bir narahatlıq yaradır.

Ümumiyyətlə, rezident olmaq istəyənləri bu aralar ən çox aşağıdakı iki sual maraqlandırır:

-Bu il ödənişsiz plan yerlərinin artırılması gözlənilirmi?

-“Rezidentura-3”  jurnalının nəşrinin gecikməsi nə ilə əlaqədardır?

AzEdu.az suallara cavab almaq üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzdən bildirilib ki, “Rezidentura-3” jurnalı Səhiyyə Nazirliyi plan yerlərini müəyyənləşdirib, DİM-ə təqdim etdikdən sonra nəşr olunacaq. Bu il tətbiq olunacaq plan yerləri isə, hələ, DİM-ə gəlib çatmayıb.

Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri Rizvan Məmmədli plan yerlərinin nazirliyin qərar verəcəyi məsələ olduğunu vurğulasa da, bu il ödənişli plan yerlərinin olmayacağını bildirib:

“Bildiyim qədəri ilə bu il plan yerləri də keçən illə müqayisədə çox olacaq. 500-dən çox olması gözlənilir. Keçən il isə cəmi 433 yer var idi. Keçənilki hadisələrdən sonra rezidenturaya imtahan verənlərin sayı da azalıb.

Bu halda rezidentlərin imtahandan kəsilmə ehtimalı da azalır. Belə getsə, keçid balları da keçən il ilə müqayisədə aşağı olacaq. Təbii ki, müəyyən ixtisaslarda müsabiqə gərgin ola bilər. Amma dəqiq bilirəm ki, ümumi ballar keçənilkindən aşağı olacaq”.

Qeyd edək ki, I mərhələdə iştirakı nəzərdə tutulan 930 namizəddən 21 nəfəri imtahana gəlməyib. Müsabiqə şərtini ödəyərək II mərhələdə iştirak hüququ qazananların sayı 450-dir.

Aprelin 7-də keçirilən imtahanda ən yüksək nəticə isə 89 bal olub.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları