Azedu.az

Universitetdən bu il məzun olacaq namizədlər MİQ-də iştirak edə biləcəklər?

Orta təhsil

Müəllimlər və elm adamları

MİQ

19 May 2019, 10:31
Universitetdən bu il məzun olacaq namizədlər MİQ-də iştirak edə biləcəklər?

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) cari ilin iyun ayında keçirilməsi nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, bu il ötən illərlə müqayisədə, müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqənin qaydalarında ciddi dəyişikliklərin edilməsi planlaşdırılmır.

Bəs bu il ali və ya orta ixtisas təhsili müəssisələrindən məzun olacaq namizədlər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərmi?

AzEdu.az tələbələrin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edir.

- Mövcud qaydalara əsasən, bu il ali və ya orta ixtisas təhsili müəssisələrindən məzun olacaq namizədlər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər. Bunun üçün  həmin namizədlər dövlət attestasiya imtahanından uğurla keçdiklərini təsdiq edən arayışı və onun nömrəsini elektron ərizələrində qeyd etməlidirlər.

Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox