XƏBƏRLƏR

11.01.2019 11:23
Mingəçevir məktəbindəki yanğınla bağlı rəsmi açıqlama: Bəzi şagirdlər evə buraxılıb  

Mingəçevir şəhərində orta məktəbdə yanğın olub.

Məlumata görə, hadisə məktəbin ikinci mərtəbəsindəki paylayıcı şitdə qısaqapanma nəticəsində baş verib.Hadisə yerinə FHN-nn üç yanğınsöndürmə briqadası cəlb olunub.

AzEdu.az vəziyyəti dəqiqləşdirmək məqsədilə Mingəçevir İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən verilən məlumata görə, məktəbdə yanğınla bağlı heç bir ciddi problem yoxdur. Xəsarət alan olmayıb, sadəcə kiçik qısaqapanma baş verib.  Bildirilib ki, məktəb fəaliyyətini davam etdirir. Şagirdlər isə təhsillərinə elə bu məktəbdə davam edəcəklər.

Qeyd edək ki, məktəbin X sinif şagirdlərindən biri yanğınsöndürmə balonu ilə yanğını qismən neytrallaşdırıb. Bundan sonra şagirdlər təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstüdən narahatlıq keçirən şagirdlər evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları