Azedu.az

Harvard Universiteti Trampa qarşı gəldiyi üçün milyard dollarlıq qrantları itirib

Universitetlər

15 Aprel 2025, 12:03
Harvard Universiteti Trampa qarşı gəldiyi üçün milyard dollarlıq qrantları itirib

ABŞ Təhsil Nazirliyi Prezident Donald Trampın göstərişlərini yerinə yetirməkdən imtina etməsi səbəbindən Harvard Universitetinin iki milyard dollardan çox məbləğdə qrantını dondurub.

AzEdu.az iz.ru-ya istinadən xəbər verir ki, bu barədə departamentin antisemitizmlə mübarizə üzrə məqsədli qrupu məlumat verib.

Dəqiqləşdirilir ki, ümumilikdə Harvard üçün 2.2 milyard dollar məbləğində qrantlar və 60 milyon dollar məbləğində müqavilələr dondurulub.

Universitet rəhbərliyi tərəfindən yerinə yetirilməyən göstərişlər arasında təhsil müəssisəsi daxilində "müxtəliflik, bərabərlik və inklüzivlik" proqramlarının bağlanması olub.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox