Azedu.az

Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək

Universitetlər

14 Aprel 2025, 09:36
Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək

Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək.

AzEdu.az Report-a istinadən xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakultəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi Xocalıda fəaliyyətə başlayacaq.

"Qarabağ Universiteti məhz Azərbaycan suverenliyin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitetdir. Bu universitetin mahiyyəti tələbələridir. Bu şəhərin bərpasında və inkişafında tələbələrin rolu böyükdür, odur ki, buranı seçən tələbələrə təşəkkür düşür. Çünki burdakı tələbələrin çox başqa universiteti də seçə bilərdi. Hüquq fakültəsinə qəbul olan 600 baldan çox yığan tələbələrdir", - E.Əmrullayev əlavə edib.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox