Azedu.az

LDU-da bayram ovqatlı Novruz şənliyi

Universitetlər

19 Mart 2025, 17:08
LDU-da bayram ovqatlı Novruz şənliyi

Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın ən gözəl milli bayramı olan Novruzun gəlişi xoş bayram ovqatı ilə qeyd edilib.

 

AzEdu.az xəbər verir ki, LDU-nun Böyük akt zalında keçirilən bayram şənliyində Novruz adətlərini əks etdirən videorolik nümayiş etdirlib.

 

Sonra bayramsayağı bəzədilmiş zal universitetin və LDU-nun nəzdində olan Sosial Aqrar Texnoloji Kollecin gənc istedadlarının, Novruz bayramının atributları olan Kosa və Keçəlin, Bahar qızın ixtiyarına verilib. Məzəli səhnəciklər, şirin yumor, oynaq mahnı və rəqslər bir-birini əvəzləyib, tədbir iştirakçılarına xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş edib.


Novruz şənliyi milli birliyimizin simvolu olan möhtəşəm “Yallı” rəqsi ilə sona çatıb.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox