Azedu.az

Heydər Əliyev adına Hərbi İnstitutda gələcəkdə İtaliya vətəndaşları da təhsil ala bilər

Universitetlər

18 Mart 2025, 14:14
Heydər Əliyev adına Hərbi İnstitutda gələcəkdə İtaliya vətəndaşları da təhsil ala bilər

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gələcəkdə İtaliya vətəndaşları da təhsil ala bilərlər.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstituta təşkil olunan mediatur zamanı institutun rektoru polkovnik Ümidvar Quliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda təhsil müəssisəsində üç ölkədən xarici kursant təhsil alır:

"Burada Qırğızıstan, Tacikistan və Türkiyədən olan xarici kursantlar da təhsil alır. Həmçinin yaxın müddətdə İtaliyadan olan nümayəndələrin instituta gələcəyi gözlənilir. Gələcəkdə bu ölkənin vətəndaşları da bizim institutda təhsil ala bilərlər".

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox