I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların ( o cümlədən abituriyentlərin) ixtisas seçiminə avqustun 16-da start verilib.
AzEdu.az “Abituriyent” jurnalının 2-ci nömrəsinə istinadən, subbakalavrların qiyabi təhsil formasında təhsil ala biləcəkləri aşağı ballı (ÜOMG 51-65) ixtisasların siyahısını və minimal keçid ballarını təqdim edir.
Subbakalavrların keçid balı orta ixtisas təhsil müəssisəsində əldə etdikləri ÜOMG-nə (Ümumi Orta Müvəfəqiyyət Göstəricisi) əsasən, müəyyən edilir.
I qrup üzrə
Bakı Dövlət Universiteti
Geomatika və geodeziya mühəndisliyi – Qiyabi, 51.0 (66.4)
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Geomatika və geodeziya mühəndisliyi – Qiyabi, 51.0 (67.7)
II qrup üzrə
Qərbi Kaspi Universiteti
Maliyyə - Qiyabi, 51.0 (-)
“Naxçıvan” Universiteti (Naxçıvan şəhəri)
Mühasibat – Qiyabi, 63.9 (-)
Qeyd edək ki, ixtisas seçimi avqustun 28-nə qədər davam edəcək.