2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün IV ixtisas qrupu üzrə müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin 264 nəfəri 150 - 200 bal toplayıb.
AzEdu.az xəbər verir ki, bu göstərici müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin təxminən 6 faizini təşkil edir.
IV ixtisas qrupu üzrə minimal keçid balını toplamış abituriyentlərin ümumi sayı isə 4130 nəfərdir.
Qeyd edək ki, 200-dən aşağı bal toplayanların hər biri imtahanın ikinci mərhələsi üzrə 100 ballıq limiti keçə bilməyən abituriyentlərdir.
I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.