“Azərbaycanda demək olar ki, son illərdə tələbələrin təhsil haqqı məsələsində çox böyük irəliləyişlər var”
Bunu AzEdu.az-a açıqlamasında Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov qeyd edib.
Ekspert bu il qəbul olan tələbələrin yarısının dövlət sirfarişli olmasına diqqət çəkib:
“Bu müsbət addımlardan ilki hər il dövlət sifarişli yerlərin sayının cənab prezdentimiz İlham Əliyevin tapşırığı ilə artırılmasıdır.Belə ki, bu il qəbul olan təxminən 45 min tələbənin yarısının dövlət sifarişli olması çox böyük addımdır.Bu saya güzəştli kateqoriyaya aid olan digər tələbələr daxil edildiyində artıq əminliklə demək olar ki, təhsilalanların 60-65 faizinin təhsil haqqı dövlət tərəfindən ödənilir.Bu kateqoriyaya dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları ,Şəhid ailəsi statusunu almış ailənin üzvləri , hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər; hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar; bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər və özü bu qruplarda əlil olan tələbələr təhsil haqqından azaddır”.
Prorektor Təhsil Tələbə Krediti sisteminin tələbələrin təhsil haqqları ilə bağlı problemini minumuma endirəcəyini bildirib:
“Eyni zamanda artıq mexanizmi müəyyənləşən və bu ildən tətbiq ediləcək olan Tələbə krediti sistemi işə düşdükdən sonra demək olar ki, bu mövzuda olan problemlər minimuma enəcəkdir.Bura sadəcə tələbələrin üzərinə yaxşı oxumaq və orta müvəffəqiyyət göstəricilərini artırmaq düşür. Alınan təhsil kreditinin 20 ilə və kiçik faizlə ödəniləcək olması bu yükün tələbə və valideyn üzərində hiss edilməyəcəyinə əsas verir”.