Azedu.az

Türkiyədəki aksiyalarla bağlı azərbaycanlı tələbələrə - Müraciət

Tələbə və şagird

Xaricdə təhsil

24 Mart 2025, 15:06
Türkiyədəki aksiyalarla bağlı azərbaycanlı tələbələrə - Müraciət

Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrə Əkrəm İmamoğlunun həbsinə görə keçirilən kütləvi aksiyalara qoşulmamaqla bağlı müraciət edib. 

AzEdu.az xəbər verir ki, bu barədə Müşavirliyin sosial şəbəkə hesabında paylaşım olunub. 

“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!”,  – müraciətdə qeyd olunub.

Xatırladaq ki, bir neçə gündür İstanbul və Ankarada İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda etiraz aksiyaları keçirilir.

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox