Kürdəmir şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin Tarix müəllimi;
1988-1993-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rus dili və ədəbiyyatı müəllimliyi, 2013-2018-ci illərdə isə həmin universitetin tarix müəllimliyi ixtisasını bitirib;
Hal-hazırda Kürdəmir şəhəri T.İsmayılov adına 1 nömrəli tam orta məktəbdə tarix müəllimi olaraq çalışır, həmçinin STEAM dərslərini tədris edir;
Eyni zamanda Azərbaycan Respublikasının Təhsil İnstitutunun və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Tədris Mərkəzinin müxtəlif istiqamətlər üzrə təlimçisi kimi müəllimlərin peşəkar bacarıqlarının artırılmasında xidmət göstərir;
2013-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsinin qalibi olub;
2021/2022 və 2022/2023-cü tədris illərində Elm və Təhsil Nazirliyinin Microsoft şirkəti ilə birgə həyata keçirdiyi “Microsoft İnnovative Education” proqramı üzrə eksperti seçilib;
2021-ci ildə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən “Səriştəli metodist” layihəsinin qaliblərindən biri olub;
Qeyd edək ki, Gülbəniz İbrahimova 2013-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub, 2018-ci ildə isə Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb;
Dərs dediyi şagirdləri müxtəlif vaxtlarda respublika səviyyəli yarışlarda, intellektual oyunlarda, Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən keçirilən “Vətənimə virtual səyahət” və digər respublika əhəmiyyətli müsabiqə və olimpiadaların qalibi olublar.