Azedu.az

Gəncədə liseydə şagirdlə müəllim arasında insident olub

Region təhsili

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi

10 Aprel 2025, 17:15
Gəncədə liseydə şagirdlə müəllim arasında insident olub

Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi arasında tənəffüsdə mübahisə yaranıb.

Bu barədə AzEdu.az-a Gəncə-Daşkəsən regional təhsil idarəsindən məlumat verilib.

“Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər müəllimə fiziki təzyiq göstəriblər. Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisənin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox