Sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsini və tədris bacarıqlarını qiymətləndirən bir sistemdir. Müəllimlərin sertifikasiyadan yüksək bal toplaması, onların tədris sahəsində dərin biliklərə malik olduqlarına, müasir tədris metodları və yanaşmalarını tətbiq etdiklərinə dəlalət edir.
AzEdu.az 2022-ci ildən etibarən sertifikasiya imtahanında iştirak edərək, fəaliyyət göstərdiyi Regional Təhsil İdarəsi üzrə yüksək bal toplayaraq ilk 10-luqda yer alan fənn müəllimlərini "Sertifikasiyanın liderləri" rubrikası altında ictimaiyyətə təqdim edəcək.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə fəaliyyət göstərən Riyaziyyat müəllimləri təqdim edirik.
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə sertifikasiyadan yüksək bal toplayan müəllimlərin SİYAHISI:
1. Gülnarə Hüseynova- Salyan rayonu Sarvan kənd İ.Həsənov adına tam orta məktəbin müəllimi test mərhələsindən 60 bal, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
2.Niyaməddin Nəcəfov- Salyan rayonu Şəkərli kənd tam orta məktəbin müəllimi test mərhələsindən 60, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
3.Elsevər Əliyev - Biləsuvar rayonu Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
4.Günel Səfərova- Salyan rayonu Yenikənd kənd S.Cəfərov adına tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
5.Vüsalə Qədirova- Şirvan rayonu Mübariz İsrailov adına 18 nömrəli təbiət və humanitar təmayüllü məktəb liseyin müəllimi test mərhələsindən 56 , müsahibə mərhələsindən isə 39 bal toplayıb;
6.Şəbnəm Məmmədova- Şirvan rayonu B.Aslanov adına 16 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
7.Dilşad Hüseynova- Salyan rayonu Qarabağlı kəndi Nəsimi Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 38 bal toplayıb;
8.Pərvinə Abbasova- Salyan rayonu N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 38 bal toplayıb;
9.Nailə Mənsimli- Biləsuvar rayonu Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi test mərhələsindən 55 , müsahibə mərhələsindən isə 40 bal toplayıb;
10.Rüfanə Əmənli- Biləsuvar rayonu Eyvaz Kərimov adına Amankənd kənd tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplayıb.