Azedu.az

Gənc müəllimlər üçün təlim keçirilib

Paytaxt təhsili

Bakı Şəhər üzrə Təhsil İdarəsi

1 Aprel 2025, 12:10
Gənc müəllimlər üçün təlim keçirilib

Bakı Şəhəri Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər üçün Bakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə AGMA-nın Bakı şəhəri üzrə koordinatorları Elnurə İsmayılova və  Ruhane Yaqubova tərəfindən təqdimat keçirilib. 

AzEdu.az xəbər verir ki, təqdimatın davamında gənc müəllimlərimiz üçün "Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması", "Sinfin idarəedilməsi və məktəb-şagird-valideyn üçbucağı" mövzularında seminar keçirilib. 

Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və onların özünü təkmilləşdirməsinə dəstək olmaq, təlim vasitəsilə təhsil müəssisələrində çalışan gənc müəllimləri bir araya toplamaq, onların sözügedən mövzu haqqında məlumatlıqlarını artırmaqdan ibarətdir.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox