Azedu.az

Bakıda güclü yağış yağır - Faktiki hava

Xəbərlər

16 Aprel 2025, 09:27
Bakıda güclü yağış yağır - Faktiki hava

Aprelin 16-sı saat 6:00-a olan məlumatına əsasən ölkə ərazisində saat 00:00 radələrindən başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır.

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qobustan avtomat meteoroloji stansiyasının məlumatına görə, Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.

Dağlıq ərazilərdə - Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağış yağır. Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir və küləyin maksimal sürəti 33 m/s-yə çatır. 

Dənizdə dalğanın hündürlüyü 3 metrdir.

Yaxın saatlarda prosesin gedişatı ilə bağlı yenilənmiş məlumat təqdim olunacaq.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox