Azedu.az

Araz Paşayev Brüsseldə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak edib

Xəbərlər

11 Aprel 2025, 14:43
Araz Paşayev Brüsseldə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak edib

ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev Brüsseldə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak edib

AzEdu.az xəbər verir ki, 8-10 aprel tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) iclası keçirilib. İclasda ETUCE-nin prezidenti Con MakGabhan, direktoru Jelmer Evers, təşkilatın vitse-prezidentləri və İcraiyyə Komitəsinin üzvləri iştirak ediblər.

Ölkəmizi bu tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayev və rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda təşkilatın 2024-cü il üzrə maliyyə hesabatı, cari ilin büdcə layihəsi və gələcək fəaliyyət istiqamətləri, həmçinin ETUCE-nin subregional qurumlarının yaradılması, Mərkəzi və Şərqi Avropa ölkələrinin (CEE Countries) təhsil işçiləri həmkarlar ittifaqları ilə dəyirmi masa formatında görüşlərin təşkili məsələləri müzakirə olunub.

Həmçinin, iclasda Təhsildə Qlobal Əməkdaşlıq Təşkilatının (GPE – Global Partnership for Education) əməkdaşlıq üzrə baş mütəxəssisi April Goldenin təqdimatı dinlənilib. O, inkişaf etməkdə olan ölkələrdə təhsilin keyfiyyətini artırmaq məqsədilə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində təqdim olunan maliyyə dəstəyi və layihələrdən, eləcə də hədəf ölkələr üzrə planlardan söz açıb. 

Daha sonra Bacarıqlar Birliyi (Union of Skills) strategiyası ətrafında fikir mübadiləsi aparılıb, həmçinin üzv təşkilatların milli səviyyədə fəaliyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlığı və həmrəylik məsələləri diqqət mərkəzində olub. Müzakirələrə qatılan ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev AHİK-in fəaliyyət strategiyasına uyğun olaraq təmsil etdiyi komitənin prioritet istiqamətlərindən, ittifaq üzvlərinin əmək hüquqlarının qorunmasından, sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi, Beynəlxalq Təhsil Birliyi kimi beynəlxalq platformalarda əməkdaşlığın və həmrəyliyin əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi 51 ölkədən 122 təşkilatı, 4 milyondan artıq təhsil işçisini özündə birləşdirir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox