Azedu.az

Sorma konfet 6 yaşında uşağın beynini zədələyib

Xəbərlər

28 Mart 2025, 09:12
Sorma konfet 6 yaşında uşağın beynini zədələyib

Çində altı yaşlı uşaq ağzında sorma konfetlə yıxılıb və nəticədə beyni zədələnib.

AzEdu.az-ın xəbərinə görə, bu barədə "Worldofbuzz.com" nəşri məlumat verib.

Sorma konfetdən çıxan bambuk çubuğu uşağın qırtlağının arxa divarını deşib, kəllə sümüyünə qədər gedib çıxıb və az qalıb ki, beyninin həyati əhəmiyyətli nahiyələrini zədələsin. Dərinə gedən çubuq dözülməz ağrıya səbəb olub. Valideynlər təşviş içində onu xəstəxanaya çatdırıblar və həkimlər dərhal uşağı əməliyyat ediblər.

Müayinə göstərib ki, 11 santimetrlik çubuq beynin hərəkət və koordinasiyaya məsul olan nahiyəsinə batıb. Həkimlər uşağın vəziyyətinin kritik olduğunu, çubuğun oradan götürülməsinin isə son dərəcə riskli olduğunu bildiriblər.

"Çubuq kəllə sümüyünün altındakı böyük damarı zədələyib, beyindən ürəyə qan məhz bu damar vasitəsilə axır. Ən kiçik səhv ölümcül qanaxmaya səbəb ola bilərdi", - deyə həkimlər vəziyyəti izah ediblər.

Yeddi saatlıq mürəkkəb əməliyyatdan sonra cərrahlar beyni və qan damarlarını zədələmədən çubuğu çıxarmağa müvəffəq olublar.

Uşaq hər hansı nevroloji pozğunluqlar, infeksiyalar və ya ağırlaşmalar olmadan tam şəkildə sağalıb. Artıq iki həftə sonra o, stabil vəziyyətdə evə buraxılıb.

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox