Azedu.az

Paris səfəri çərçivəsində ikitərəfli görüşlər davam edir

Xəbərlər

Elm və Təhsil Nazirliyi

26 Mart 2025, 21:01
Paris səfəri çərçivəsində ikitərəfli görüşlər davam edir

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Paris səfəri çərçivəsində ikitərəfli görüşləri davam edir

AzEdu.az xəbər verir ki, martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində UNESCO Baş direktorunun Təhsil üzrə köməkçisi Stefania Giannini ilə görüşüb.

 

Görüş zamanı iqlim dəyişikliyi üzrə məlumatlılığın artırılması məqsədilə UNESCO-nun qlobal təşəbbüsü olan "Yaşıl Təhsil Tərəfdaşlığı" çərçivəsində Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq müzakirə olunub. 

 

Elm və təhsil naziri Azərbaycanın təşəbbüsü ilə şagirdlərin iqlim savadlılığının Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) çərçivəsində ölçülməsi məsələsinə toxunaraq bu istiqamətdə həyata keçiriləcək işlər barədə fikir mübadiləsi aparıb. 

 

Eyni zamanda, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

 

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox