Azedu.az

BSU-nun rəhbərliyi Qubada məktəblilərlə görüşüb

Xəbərlər

Universitetlər

20 Mart 2025, 16:17
BSU-nun rəhbərliyi Qubada məktəblilərlə görüşüb

Martın 19-da Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Quba şəhəri Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində yuxarı sinif şagirdləri ilə görüş keçirib.

Universitetdən AzEdu.az-a bildirilib ki, “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil edilən seminarda çıxış edən rektor Anar Nağıyev Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb və BSU-nun bu çərçivədə regionlarda məktəblilərlə maarifləndirici görüşlər keçirməyi planlaşdırdığını bildirib. O, görüşlərin əsas məqsədinin Konstitusiya və suverenlik anlayışlarının mahiyyətini izah etmək, tarixi prosesləri araşdırmaq və bu mövzuda geniş müzakirələr aparmaqdan ibarət olduğunu qeyd edib.

Rektor çıxışında Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs edərək, onun rəhbərliyi ilə 1993-cü ildən sonra ölkənin hüquqi bazasının təkmilləşdirilməsi və 1995-ci ildə ilk Konstitusiyanın qəbul edilməsi prosesindən danışıb. Eyni zamanda, 1978-ci il Konstitusiyasında məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin milli dövlətçiliyin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycanın dövlət quruculuğu, Konstitusiyaya dövrün tələblərinə uyğun edilən üç mühüm dəyişiklik və bu dəyişikliklərin ümumxalq referendumu vasitəsilə həyata keçirilməsi barədə məlumat verilib. O, xüsusilə 1990-cı illərin əvvəllərində ölkənin qarşılaşdığı çətinliklərə diqqət çəkərək, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin qorunması və güclü dövlət qurulması istiqamətində həyata keçirilən fundamental islahatları bir daha şagirdlərə xatırladıb.

Rektor Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu və bu ideologiyanın milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərqərar olmasını, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, 2003-cü ildə dövlət başçısının xalqa verdiyi vədlərin ardıcıl şəkildə yerinə yetirildiyini, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün Azərbaycanının daha böyük uğurlara hədəfləndiyini vurğulayıb.

Digər çıxışlarda Konstitusiya və suverenlik mövzularında məzmunlu fikirlər səsləndirilib.

Görüşdə BSU-nun “Gənc məktəbli dostu”, Quba rayonu Mehrab Niftaliyev adına texniki təmayüllü liseyin XI sinif şagirdi, robototexnika sahəsində uğurları ilə seçilən və bir sıra mükafatlara layiq görülən Zamiq Şükürov da öz həmyaşıdlarına qazandığı uğurlar, eləcə də yaradılan təhsil və inkişaf imkanlarından danışıb.

Sonda məktəblilərə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox