Azedu.az

"Bavariya"da çıxış etmiş 18 yaşlı futbolçu vəfat edib

Xəbərlər

20 Mart 2025, 14:07
"Bavariya"da çıxış etmiş 18 yaşlı futbolçu vəfat edib

Almaniyanın "Bavariya" klubunun gənclərdən ibarət komandasında çıxış etmiş 18 yaşlı futbolçu Qo Çzyasyuan vəfat edib.

AzEdu.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən ay məşq sırasında ağır kəllə-beyin travması alan çinli oyunçu bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Qo Çzyasyuan 2023-cü ildə "Bavariya"nın gənc futbolçuları tapmaq və inkişaf etdirmək layihəsi olan "Bayern World Squad" proqramında iştirak edib.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox